19.01.2025
Yanvarın 19-da Cəlilabad rayon Mədəniyyət Mərkəzində “20 Yanvar - xalqımızın həm hüzn, həm də şərəf günüdür” mövzusunda dəyirmi masa keçirilib.
Tədbirdə Lənkəran-Astara Regional Mədəniyyət İdarəsinin Cəlilabad rayonu üzrə nümayəndəsi Fuad Əzizov, mərkəzin şəbəkəsinə daxil olan mədəniyyət müəssisələrinin əməkdaşları iştirak edib.
Tədbiri giriş sözü ilə açan Fuad Əzizov 20 Yanvar şəhidlərinin xatirəsinin daim əziz tutulduğunu diqqətə çatdırıb. O, 20 Yanvar faciəsinin xalqımızın hüzn, həm də şərəf günü olduğunu deyib.
Sonra mövzu ilə bağlı çıxışlar dinlənilib, ümummilli lider Heydər Əliyevin faciənin ertəsi günü Moskvada Azərbaycanın daimi nümayəndəliyinə gələrək qanlı hadisəni törədənləri pisləyən kəskin bəyanatla çıxış etməsindən söhbət açılıb və Ulu Öndərin təşəbbüsü ilə faciəyə siyasi-hüquqi qiymət verildiyi vurğulanıb.