17.01.2025
Yanvarın 17-də Cəlilabad Usaq İncəsənət Məktəbində 20 Yanvar faciəsinin 35-ci ildönümünə həsr olunan "20 Yanvar-Zəfərə aparan yol"adlı tədbir keçirilib.
Tədbirdə Lənkəran-Astara Regional İdarəsinin Cəlilabad rayonu üzrə nümayəndəsi Fuad Əzizov, məktəbin kollektivi və valideynlər iştirak edib.
Əvvəlcə şagirdlərin əl işlərindən ibarət sərgiyə baxış keçirilib.
Sonra Azərbaycanın suverenliyi, istiqlaliyyəti və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin ruhunun bir dəqiqəlik sükutla yad edilib və Dövlət Himni səsləndirilib.
Daha sonra məktəbin Nəzəriyyə müəllimi
Azərbaycan xalqının unudulmaz tarixi 20 Yanvar haqqında məruzə edib.
Tədbir məktəbin müəllim və şagirdlərinin ifaları ilə davam edib.