Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Dünya şöhrətli sərkərdə

22.01.2025

Yanvarın 22-də Həzi Aslanovun Ev-muzeyində Azərbaycan xalqının Qəhrəmanlıq salnaməsini qızıl hərflərlə bəzəyən İki dəfə Sovet İttifaq Qəhrəmanı, tank qoşunları qvardiya general-mayoru Həzi Aslanovun 115 illik yubileyinə həsr olunmuş "Dünya şöhrətli sərkərdə" adlı ədəbi-bədii kompozisiya təşkil olunub.

Tədbirdə Lənkəran-Astara Regional Mədəniyyət İdarəsinin rəis müavini Dadaş Muxtarlı, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Salyan Regional İdarəsinin rəisi Yusif Hüseyinov, Baş məsləhətçi Tural Məmmədov, MİHİ Lənkəran komitəsinin sədri Anar Salayev, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Lənkəran şəhər şöbəsinin sədri İlham Qurbanov, II Qarabağ müharibəsinin veteranı, Qazı Rauf Salayev mədəniyyət, təhsil və ictimaiyyət nümayəndələri iştirak edib.

Tədbir Dövlət Himninin səsləndirilməsi, Böyük Vətən müharibəsində və Azərbaycanın ərazi bütövlüyü uğrunda canını fəda edən şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb.

Tədbirdə çıxış edənlər Həzi Aslanovun xalqımızın yetirdiyi ən böyük sərkərdələrdən biri olduğunu vurğulayaraq, İkinci Dünya müharibəsində həmvətənlilərimizin göstərdiyi hünər və rəşadətdən danışıblar.

Bildirilib ki, adı Azərbaycanın hərb tarixinə qızıl hərflərlə həkk olunmuş sərkərdənin keçdiyi qəhrəmanlıqla dolu döyüş yolu hər bir vətəndaşımız üçün nümunədir və onun öyrənilməsinin gənclərimizin vətənpərvər ruhda tərbiyə olunmasında xüsusi rolu vardır.

Tədbir Lənkəran şəhər Həzi Aslanov adına 3 saylı tam orta məktəb şagirdlərinin ifasında bədii hissə ilə davam edib.

Yekunda iştirakçılar "Volqadan-Baltikədək" adlı sərgilə tanış olublar.