Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Lerikdə ”44 gün, 23 saat” adlı kitabın təqdimatı keçirilib

22.01.2025

Yanvarın 22-də Lerik Rayon rayon Mədəniyyət Mərkəzində yazıçı Xalid Mahmudun şəhidlərimizin əziz xatirəsinə həsr etdiyi "44 gün, 23 saat" adlı kitabının təqdimat mərasimi keçirilib.

Tədbirdə Lerik rayon İcra Hakimiyyətinin əməkdaşları, yazıçılar, şairlər, şəhid ailələri, qazilər və rayon ictimaiyyəti iştirak edib.

Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra, dövlət himni səsləndirilib..

Tədbiri giriş sözü ilə açan Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Lerik rayon Heydər Əliyev Mərkəzinin direktoru Hüsaməddin Abbasov müəllif və kitab haqqında qısa məlumat verib.

Tədbirdə yazıçının qələm dostları, şəhid ailələri, qazilər və rayon ziyalıları çıxış edərək, kitabın məzmunu barədə, hərbi vətənpərvərlik sahəsində rolu haqqında danışıblar, məktəblilər şeirlər səsləndirdilər.

Sonda kitabın müəllifi Xalid Mahmud tədbirin təşkilatçılarına minnətdarlığını ifadə edərək şəhid ailələrinə kitab və təşəkkürnamələr təqdim edib.