24.01.2025
Yanvarın 24-də Astara rayon Heydər Əliyev Mərkəzində Qəhrəmanlıq salnaməsini qızıl hərflərlə bəzəyən İki dəfə Sovet İttifaq Qəhrəmanı, tank qoşunları qvardiya general-mayoru Həzi Aslanovun 115 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə Astara rayon S.Nəsirov adına Seləkəran kənd ümumi orta məktəbinin müəllim və şagirdləri iştirak edib.
Əvvəlcə Ulu öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Dövlət Himninin səsləndirilməsilə başlayan tədbirdə Astara rayon Heydər Əliyev Mərkəzinin direktoru Kübra Səmədova çıxış edərək qeyd edib ki, Həzi Aslanovun xalqımızın yetirdiyi ən böyük sərkərdələrdən biridir.
Sonra Astara rayon Heydər Əliyev Mərkəzinin baş fond mühafizi Elza Kazımova geniş məruzə ilə çıxış edərək bildirib ki, Azərbaycanın hərb tarixinə qızıl hərflərlə həkk olunmuş sərkərdənin keçdiyi qəhrəmanlıqla dolu döyüş yolu hər bir vətəndaşımız üçün nümunədir və onun öyrənilməsinin gənclərimizin vətənpərvər ruhda tərbiyə olunmasında xüsusi rolu vardır.
Daha sonra “General Həzi Aslanov” adlı film nümayiş olunub.
Tədbir şagirdlərin mövzu ilə bağlı suallarının cavablandırılması ilə davam yekunlaşıb.