24.01.2025
Yanvarın 24-də Həzi Aslanovun Ev-muzeyində "Tarixi şucaətləri ilə yaddaşlardan silinməyən general" adlı tədbir keçirilib.
Əvvəlcə muzeyin həyətində təşkil olunan "Üç general" adlı sərgi haqqında gələn qonaqlara və tədbir iştirakçılarına məlumat verilib.
Həzi Aslanovun və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla edildikdən sonra Azərbaycanın Dövlət Himni səsləndirilib.
Daha sonra muzeyin direktor v.m.i.e. Həcər Nəsirova tədbir iştirakçılarına Həzi Aslanovun həyat və doyüş yolu barədə geniş məlumat verib.
Tədbir Cəfər Cabbarlı adına 1 nömrəli Uşaq Musiqi Məktəbi şagirdlərinin ifasında bədii hissə ilə davam edib.
Yekunda tədbir iştirakçıları tərəfindən Həzi Aslanovun Lənkəran şəhərinin Qala xiyabanında yerləşən abidəsi ziyarət olunub.