Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Konstitusiya və Suverenlik ili

24.01.2025

Yanvarın 24-də Lerik rayon Mərkəzi Kitabxanasının əməkdaşları Valeh Müslümov adına Lerik rayon 2 saylı tam orta məktəbində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 2025-ci ilin "Konstitusiya və Suverenlik ili" elan edilməsi ilə əlaqədar tədbir keçirib.

Əvvəlcə Ulu Öndərin və Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa olunması uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Kitabxananın əməkdaşı məktəblilərə ilk Konstitusiyanın 30 illiyi və Vətən müharibəsində tarixi Qələbənin 5 illiyi ilə bağlı geniş məlumat verib.

Sonda məktəblilərə Azərbaycan Respublikasının konstitusiyası ilə bağlı kitablar təqdim olunub.