24.01.2025
Yanvarın 24-də Cəlilabad rayon Heydər Əliyev Mərkəzinin əməkdaşları Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən Cəlilabad şəhərində vətəndaşları maarifləndirmək üçün bukletlər paylayıblar.
Qeyd edək ki, maarifləndirici bukletlər Cəlilabad rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılğı ilə mərkəzin əməkdaşları tərəfindən hazırlanıb.