Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Qəlbimizdə əbədi yaşayan qəhrəman

23.01.2025

Yanvarın 23-də Astara rayon Mərkəzi Kitabxanasının Uşaq şöbəsinin əməkdaşları və Astara şəhər M.Ə.Sabir adına 1 saylı orta məktəbin şagirdləri Azərbaycanın Milli Qəhrəmanı Nəsirov Yalçın Canhəsən oğlunun doğum günü münasibəti ilə Astara şəhər Qəhrəmanlar Parkında yerləşən büstünü ziyarət ediblər.

Uşaq şöbəsinin müdiri Gülüstan Dadaşova şagirdlərə məlumatlar verərək bildirib ki, Milli Qəhrəman Yalçın Nəsirov 1-ci Qarabağ döyüşləri zamanı şəhidlik zirvəsinə ucalmışdır.

Ümummilli Lider Heydər Əliyevin 1995-ci il 4 aprel tarixli Fərmanı ilə Azərbaycan Respublikasının Dövlət quruluşunun müdafiəsi,onun müstəqilliyinin qorunub saxlanılması və dövlət çevrilişi cəhdinin qarşısının alınması zamanı şəxsi qəhrəmanlıq və sücaət göstərdiyinə görə ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüşdür.