Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Lerikdə stolüstü tennis turniri keçirilib

31.01.2025

Lerik rayon Mədəniyyət Mərkəzi və Gənclər və İdman sektorunun birgə təşkilatçılığı ilə "2 Fevral-Azərbaycan Gəncləri Günü"nə həsr olunmuş gənclər arasında stolüstü tennis turniri keçirilib.

Lerik rayon Mədəniyyət Mərkəzində keçirilən turnirdə 14 nəfər həvəskar tennisçi iştirak edib.

Yekunda qalib gələn tennisçilərə diplom və medallar təqdim olunub.