01.02.2025
Azərbaycan Yazıçılar Birliyinin Cənub bölməsi və Cəlilabad rayon Mərkəzi Kitabxanasının birgə təşkilatçılığı ilə Azərbaycan Yazıçılar Birliyinin üzvü, yazıçı-publisist Qəni Camalzadənin oxucularla görüşü baş tutub.
Cəlilabad rayon Heydər Əliyev Mərkəzində keçirilən görüşdə Lənkəran-Astara Regional Mədəniyyət İdarəsinin Cəlilabad rayonu üzrə nümayəndəsi Fuad Əzizov, şairlər, ədəbiyyatsevərlər və oxucular iştirak edib.
Çıxışlarda Qəni Camalzadənin həyat və yaradıcılığı haqqında geniş söhbət açılıb, əsərləri barədə fikir bildirilib. Yazıçı-kulturoloq, ictimai xadim Aydın Xan Əbilov, ADPU Cəlilabad filialının müəllimi, fəlsəfə doktoru, AYB-nin üzvü, Prezident təqaüdçüsü, Folklorşünas-alim Bilal Alarlı, şairlər Gülbala Teymur, Ədalət Salman, Şahin Həmidli, Ruhiyyə Abbaszadə və başqaları çıxışlarında Qəni Camalzadə ilə bağlı xoş xatirələrini bölüşüb, şeirlər səsləndiriblər.
Sonda çıxış edən yazıçı Qəni Camalzadə göstərilən diqqətə və görüşə görə təşkilatçılara təşəkkür edib, oxucuların suallarını cavablandırıb.
Görüşdən sonra Qəni Camalzadə “Şeytana daş atanlar” kitabını Mərkəzi Kitabxanaya hədiyyə edib.