Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Masallıda Zərərli vərdişlərlə mübarizədə maarifləndirmənin rolu adlı tədbir keçirilib

05.02.2025

 Masallı Tarix-Diyarşünaslıq Muzeyi, Masallı Rayon İcra Hakimiyyəti, Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin Masallı Regional bölməsi, Lənkəran-Astara Regional Təhsil İdarəsinin Masallı rayon üzrə Təhsil Sektorunun birgə təşkilatçılığı altında yeniyetmə və gənclər arasında zərərli informasiya, erkən nikah və narkomaniya qarşı təbliğat və maarifləndirmə işlərinin genişləndirilməsinə dair “Zərərli vərdişlərlə mübarizədə maarifləndirmənin rolu” adlı tədbir keçirilib.

Təzə Alvadı kənd Elşad Əhədov adına 1 saylı tam orta məktəbində keçirilən tədbirdə məktəbin şagird və müəllim kollektivi iştirak edib.

İlk öncə vətənin azadlığı və suverenliyi uğrunda canından keçən şəhidlərin əziz xatirəsi ehtiramla yad edilib.

Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Möhsün Süleymanov yeniyetmələr arasında sağlam həyat tərzinin təbliği, onların həyat üçün zərərli olan adətlərdən uzaqlaşdırılması, narkomaniyaya qarşı aparılan mübarizənin səmərəliliyinin artırılması məqsədi ilə keçirilən tədbirlərin məktəblilərin hüquqi biliklərinin təbliğinə önəmli töhfə olduğunu vurğulayıb.

Sonra çıxış edən muzeyin direktoru Əntiqə Tağıyeva, RİH-nin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Abbas Abasov ,Lənkəran-Astara Regional Təhsil İdarəsinin Masallı rayonu üzrə Təhsil sektorunun məsləhətşisi Hörmət Balakişiyev və DQDK-nin Masallı Regional bölməsinin müdiri Elvin Hüseynli çıxış edərək bu gün sağlamlıq üçün olduqca təhlükəli, gəncliyin hərtərəfli inkişafına daha ciddi əngəl törədən tütündən istifadə, spirtli içkilərə hədsiz aludəlik, narkotik vasitələr və psixotrop maddələrdən asılılıqla, zərərli informasiya, erkən nikahlar və bu kimi zərərli vərdişlərin fəsadları ilə bağlı fikirlərini bölüşüblər.

Qeyd edilib ki, sağlam, savadlı və zərərli vərdişlərdən uzaq gənclər yetişdirmək dövlət siyasətinin əsasını təşkil edir. Zərərli vərdişlərə qarşı təbliğat işlərilə yanaşı rayonda yeniyetmə və gənclər arasında sağlam həyat tərzinin təbliğ edilməsi, onların asudə və istirahət vaxtlarının səmərəli təşkili, idmana olan marağının artırılması istiqamətindəki işlərə ciddi fikir verilmənin, hərbi-vətənpərvərlik, idman, turizm yarışları, intellektual oyunlar və bilik yarışmaları və s. çoxsaylı maraqlı tədbirlərin təşkil olunmasına xüsusi ehtiyac var.