04.02.2025
Yardımlı rayon Mərkəzi kitabxanasında Yardımlı Peşə məktəbinin şagird kollektivi və digər oxucularla birlikdə Xalq artisti, İctimai-siyasi xadim Polad Bülbüloğlunun anadan olmasının 80 illiyi ilə əlaqədar “Polad Bülbüloğlu-80” mövzusunda dəyirmi masa keçirilib.
Kitabxananın şöbə müdiri Eldəniz Heydərov iştirakçıları salamlayaraq tədbirin mahiyyəti haqqında məlumat verib.
Sonra digər şöbə müdiri Vasif Abdulov yubilyarın həyat və fəaliyyəti haqqında ətraflı məlumat verərək bildirib ki, Polad Bülbüloğlu geniş yayılmış bir sıra mahnıların müəllifi və onların ifaçısı kimi tanınmışdır. Kino-filmlərin, dram tamaşalarının musiqilərinin, simfoniya, simfonik poema və.s əsərlərin müəllifidir. Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri kimi Azərbaycanın ərazi bütövlüyü uğrunda apardığı mübarizəni beynəlxalq ictimaiyyətə dürüst təqdim etmiş, diplomatiyaya qoyulan təbii məhdudiyyətlərə baxmayaraq verdiyi bəyanatlar və müsahibələrdə ölkəmizin ədalətli mövqeyini nümayiş etdirib.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.