Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Şagirdlərimiz asudə vaxtlarını səmərəli dəyərləndirərək uğur qazanıblar

08.02.2025

Lənkəran şəhər Heydər Əliyev Mərkəzinin rəsm studiyasının şagirdləri növbəti uğura imza atıblar.

Fevralın 8-də "Binyamin Gallery" tərəfindən keçirilən "Portret" adlı rəsm müsabiqəsində onlar bacarıqlarını nümayış etdirərək diplom və sertifikatlara layiq görülüblər.

Nəticələrə əsasən Polina Şabanova I, Məryəm Bəşirova və Gülçin Əliyeva II, Ruqayyə Əlizadə III, Mələk Qasımova isə IV yeri tutaraq uğur qazanıblar. Digər iştirakçılar da sertifikatlarla təltif edilib.

Gənc istedadlarımızı təbrik edir, yaradıcılıq fəaliyyətlərində uğurlar arzulayırıq.