07.02.2025
Fevralın 7-də Cəlilabad rayon 2 saylı şəhər klubunda "Konstitusiya və suverenlik İli" ilə əlaqədar tədbir keçirilib.
Tədbirdə Cəlilabad Peşə Təhsil Mərkəzinin müəllim və tələbə kollektivi iştirak edib.
Çıxışlarda vurğulanıb ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan olunması tarixi əhəmiyyət kəsb edir. Dövlətimizin başçısının imzaladığı Sərəncam Konstitusiyamıza və dövlət suverenliyinə ali ehtiram və dəyərin ifadəsidir.