Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Nağıl saatı

07.02.2025

Fevralın 7-də Masallı rayon Mərkəzi Kitabxanasının təşkilatçılığı ilə şəhər 3 saylı Körpələr evi-uşaq bağçasında "Nağıl saatı" keçirilib.

Uşaq şöbəsinin əməkdaşı İlhamə Bağırovanın uşaqlara oxuduğu “Kirpimin yolu” adlı nağıl uşaqlarda böyük maraq yaradıb.

Sonra balaca oxucuların nağıl personajları haqqında suallarına ətraflı cavab verilib.

Qeyd edək ki, bu qəbildən olan tədbirlərin təşkil olunmasının məqsədi azyaşlı uşaqlarda mütaliyəyə maraq oyatmaq və dünyagörüşünün formalaşmasına xidmət etməkdir.