Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ağaxan Abdullayev-75

06.02.2025

Fevralın 6-da Masallı rayon Mərkəzi Kitabxanasında Xalq artisti, xanəndə Ağaxan Abdullayevin anadan olmasının 75 illiyi ilə əlaqədar tədbir keçirilib.

Tədbirdə ilk çıxış edən kitabxananın əməkdaşı Şəfəq Əliyeva görkəmli sənətkar Ağaxan Abdullayevin 1950-ci il fevralın 6-da Bakı şəhərinin Əmircan kəndində anadan olduğunu və ilk musiqi təhsilini Asəf Zeynallı adına Orta İxtisas Musiqi Məktəbində aldığını bildirib.

Qeyd olunub ki, ifaçılığla bərabər, pedaqoji fəaliyyətlə məşğul olan sənətkar uzun illər vaxtilə təhsil aldığı Asəf Zeynallı adına musiqi məktəbində gələcək xanəndələrin yetişməsində böyük əmək sərf etmişdir.

Sonra kitabxananın digər əməkdaşı Rasif Dadaşov məruzəsində bildirib ki, görkəmli sənətkar Bülbül adına musiqi məktəbində, eləcə də Milli Konservatoriyada, Mədəniyyət və İncəsənət Universitetində muğamdan dərs demişdir. O, xanəndə kimi 1975-ci ildə Filarmoniyanın səhnəsində fəaliyyətə başlamışdır. 1977-ci ildə taleyini Asəf Zeynallı adına Musiqi Məktəbinə bağlayan sənətkar, muğam müəllimi olaraq ömrünün sonuna qədər Azərbaycan Milli Konservatoriyasının nəzdində fəaliyyət göstərən bu tədris ocağında işləmişdir.Vurğulanıb ki, bir çox xarici ölkələrdə konsert proqramları ilə çıxış edən görkəmli xanəndə dövlətimiz tərəfindən yüksək fəxri adlara layiq görülmüşdür. Xanəndənin ifasında səslənən “Rast” dəsgahı”, “Bayatı-kürd”, “Zabul segah”, “Rahab”, “Bayatı Qacar” muğamı və “Humayun” təsnifi müasir dövrümüzdə də dillər əzbəridir.