07.02.2025
Fevralın 7-də Astara rayon Mərkəzi Kitabxanasının Oxuculara xidmət şöbəsinin təşkilatçılığı ilə M.Ə.Sabir adına şəhər 1 saylı orta məktəbində Azərbaycanın Milli Qəhrəmanı İbrahimov Mübariz Ağakərim oğlunun doğum günü münasibəti ilə "Müqəddəs Mübarizimiz" mövzusunda tədbir keçirilib.
Tədbirdə məktəbin müəllimi Salmanova Şəhla və V sinif şagirdləri iştirak ediblər.
Kitabxananın əməkdaşı Aygün İmaməliyeva qəhrəmanın həyatı və döyüş yolu haqqında şagirdlərə məlumatlar verib.
Yekunda qəhrəmanın həyatından bəhs edən kitabların sərgisi nümayiş edilib.