Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Unudulmaz Qəhrəmanımız Mübariz İbrahimov

06.02.2025

Fevralın 6-da Lerik rayon Mərkəzi Kitabxanasında Mübariz İbrahimovun doğum günü ilə əlaqədar "Unudulmaz Qəhrəmanımız Mübariz İbrahimov" adlı tədbir keçirilib.

Tədbirdə Valeh İbrahimov adına İnteqrasiya təlimli İnternat tipli Gimnaziyanın şagirdləri iştirak edib.

Tədbirdə Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə kitabxananın əməkdaşı Adilə Bayramova açaraq Azərbaycanın ordusunun Milli Qəhramanı, fədakar hərbi qulluqçusu Mübariz İbrahimovun həyat və döyüş yolu haqqında geniş məlumat verib.

Məktəblilər döyüş meydanında təkbaşına düşmənin xeyli sayda canlı qüvvəsini məhv edərək şərəfli tarix yazan Milli Qəhrəmanımız haqqında fəxrlə məlumat veriblər.

Sonda məktəblilər vətənpərvərlik mövzusunda şeirlər səsləndirib.