05.02.2025
Fevralın 5-də Astara rayon Heydər Əliyev Mərkəzində “Sağlam ailə - sağlam cəmiyyət deməkdir” mövzusunda tədbir keçirilib.
Tədbirdə YAP Astara rayon təşkilatının, Astara Dövlət Rəsm Qalereyasının əməkdaşları, M.Ə.Sabir adına şəhət 1 saylı və F.Qasımov adına Ərçivan qəsəbə 1 saylı tam orta məktəblərinin müəllim və şagirdləri iştirak edib.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Dövlət Himninin səsləndirilməsilə başlayan tədbirdə Astara rayon Heydər Əliyev Mərkəzinin direktoru Kübra Səmədova cıxış edərək qeyd edib ki, ailə ənənələrin, keçmiş nəsillərin təcrübəsinin qoruyucusu və ötürücüsüdür. Fərd ailədə sosiallaşır, bəşəriyyətə uğurla xidmət etmək üçün zəruri olan keyfiyyətləri əldə edir, təbii fərdiyyətçiliyi aradan qaldırır, “başqaları üçün” yaşamağı öyrənir.
Sonra Astara rayon Heydər Əliyev Mərkəzinin baş fond mühafizi Elza Kazımova geniş məruzə ilə çıxış edib.
Yekunda tədbir iştirakçıları rəssamlıq dərnəyi üzvlərinin əl işlərindən ibarət sərgiyə baxış keçiriblər.