Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

İnsan alverinə səssiz qalma!

11.02.2025

Cəlilabad rayon Hacıcavad kənd kitabxana filialının təşkilatçılığı ilə Hacıcavad kənd ümumi orta məktəbində "İnsan alverinə səssiz qalma" adlı informasiya saatı keçirilib.

Tədbirdə məktəbin VIII sinif şagirdləri iştirak edib.

Kitabxana fillialının müdiri Əsmər İmanova tədbirdə məruzə edərək bildirib ki, insan alveri həm daxili həm də beynəlxalq qanunvericilikdə cinayət hesab olunur və qadağan olunur. Bu gün dünyada insan alveri öz miqyasına görə silah alverindən sonra 2-ci ən geniş və ən çox gəlir gətirən sahə hesab olunur. İnsan alverinin qurbanları dəfələrlə cinsi və fiziki əməyin istismarına məruz qalır.

Yekunda şagirdlər mövzu ilə bağlı çıxış edərək fikirlərini ifadə ediblər.