Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Fədəkar qəhrəman

10.02.2025

Masallı rayon Qızılağac kənd kitabxana filialının təşkilatçılığı ilə Sübhan Xəlilov adına Qızılağac kənd orta məktəbində Birinci Qarabağ müharibəsi şəhidi Cabbarov Əhliman Muğdət oğlunun anım gününə həsr olunan “Fədəkar qəhrəman” adlı tədbir keçirilib.

Məktəb şagirdlərinin iştirakı ilə keçirilən tədbirdə çıxış edən filial müdiri Sevda Abbasova şəhidin 1-ci Qarabağ müharibəsində düşmən üzərində göstərdiyi tarixi qəhrəmanlıqdan, onun keçdiyi şərəfli döyüş yolundan söz açıb.

O bildirib ki, Şəhid Əhliman Cabbarov 20 sentyabr 1974-cü ildə Masallı rayonunun Qızılağac kəndində anadan olmuş,11 fevral 1993-ci ildə torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlər zamanı Ağdərənin müdafiəsində qəhrəmancasına şəhid olmuşdur. Filial müdiri çıxışının davamında məktəblilərin diqqətinə çatdırıb ki, şəhidlərin xatirəsi, onların ailəsi bizim üçün müqəddəsdir. Çünki onların qanı-canı bahasına torpaqlarımız işğaldan azad olub.