07.02.2025
Cəlilabad rayon Mərkəzi Kitabxanasının təşkilatçılığı ilə Cəlilabad rayon Heydər Əliyev Mərkəzində Müşfiq Muğanlının "Mübarizdən sonra" adlı kitabının təqdimatı baş tutub.
Tədbirdə Milli Qəhrəman Mübariz İbrahimovun əmisi Rasim İbrahimov, ziyalılar, mədəniyyət nümayəndələri, şairlər, yazıçılar iştirak edib.
Tədbiri giriş sözü ilə açan Əməkdar mədəniyyət işçisi Cahangir Muradov, iştirakçılara kitabın əhəmiyyətindən bəhs edib.
Tədbirdə Rayon Veteranlar Təşkilatının sədri, şair-jurnalist Ədalət Salman, "Mübarizsevərlər" İctimai Birliyinin sədri Əbülfəz Şahmarov, AYB-nin üzvü, şair, publisist Qurban Əhməd, Biləsuvar.info" saytının baş redaktoru Surxay Şahbazov, polkovnik-leytinant Zamin Həsənov, həkim Mirhənifə Sultanov, şair İman Abdulla iştirak edərək kitab haqqında öz fikirlərini bildiriblər.
Yekunda Müşfiq Muğanlı, Milli Qəhrəman Mübariz İbrahimovun əmisi Rasim İbrahimov tədbirin təşkilatçılarına və iştirakçılara təşəkkür edib, şəhid ailələrinə həmişə yüksək diqqət və qayğı göstərdiyinə görə dövlətimizə öz minnətdarlığını bildiriblər.