Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Masallıda “Güclü ordu Suverenliyin təminatıdır” mövzusunda tarix dərsi keçirilib

12.02.2025

 Masallı Tarix-Diyarşünaslıq Muzeyində “ 2025-ci ilin Konstitusiya və Suverenlik ili” elan edilməsi ilə bağlı “Güclü ordu Suverenliyin təminatıdır“ adlı tarix dərsi keçirilib.

Uşaqların vətənpərvərlik və milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi istiqamətində keçirilən tarix dərsində Hakim Həsənov adına Qasımlı kənd tam orta məktəbinin şagird, müəllim kollektivi və qazilər iştirak edib.

İlk öncə vətənin azadlığı, ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra muzeyin direktoru Əntiqə Tağıyeva müstəqli dövlət mövcudluğunu, təhlükəsizliyini məhz Silahlı Qüvvələr vasitəsilə təmin edilməsindən danışaraq qeyd edib ki, Azərbaycan mürəkkəb coğrafi regionda yerləşdiyindən, tarixən xarici hücumlara məruz qaldığından orduya böyük əhəmiyyət verilib. Əsrlər boyu davam edən hərbi-siyasi proseslər xalqımızın adət ənənələrinə, həyat tərzinə də öz təsirini göstərib və insanlarımız hərbi sahəyə daim diqqət yetiriblər. Təsadüfi deyil ki, tariximizdə çox sayda məşhur sərkərdələr, hərbçiləri var, xalqımız həmişə özünün zəngin hərb tarixi ilə fərqlənib.

Daha sonra ehtiyatda olan polkovnik leytenant, Qasımlı məktəblinin hərbi müəllimi Zamir Mənsimov çıxışında Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə regionun ən güclü və qüdrətli ordusu olduğunu 44 günlük Vətən müharibəsindəki qələbəsi ilə bütün dünyaya göstərdiyindən danışıb.

Bacarıqlı hərbiçi yeniyetmələrə yüksək mənəviyyata malik, Vətənə, torpağa, müstəqil dövlətimizə, xalqımıza sədaqət hissi ilə yaşayan hər bir gənc gələcəyin əsgəri kimi Vətəni sevməyi, Vətən yolunda canından keçməyi özünün ən şərəfli borcu hesab etməyi tövsiyə edib.

Dərs zamanı muzey fondunda qorunan hərbi silah və avadanlıqlar, onların işləmə texnikası haqqında şagirdlərə geniş məlumat verilib.