12.02.2025
Astara Tarix-Diyarşünaslıq Muzeyində “Azərbaycan Respubliksında 2025-ci il Konstitusiya və Suverenlik ili” elan edilməsi ilə əlaqədar “Azad ölkə, güclü Dövlət” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə Fuad Qasımov adına Ərçivan qəsəbə 1 saylı tam orta məktəbin müəllim və şagirdləri iştirak ediblər.
İlk öncə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbiri giriş sözü ilə muzeyin direktor vəzifəsini m.i.e Şahin Əliyeyev açaraq qeyd edib ki, Prezident İlham Əliyev Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi haqqında Sərəncam imzalayıb. Bu Sərəncam dövlətçilik tariximizin daha da dərindən öyrənilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.
Sonra mövzu ilə bağlı muzeyin kiçik elmi-işçisi Çiçək Axundova məruzə edib, məruzə ətrafında çıxışlar dinlənilib və şagirdlərlə fikir mübadiləsi aparılıb.
Yekunda şagirdlər muzeyə ekskursiya ediblər.