12.02.2025
Astara rayon Mərkəzi Kitabxanasının təşkilatçılığı ilə M.Ə.Sabir adına şəhər 1 saylı orta məktəbində "14 Fevral-Beynəlxalq Kitab Bağışlama Günü" ilə əlaqədar "Kitab insan üçün mənəvi qidadır" mövzusunda tədbir keçirilib.
Tədbirdə məktəbin müəllimi Məhsəti Həsənova və VI sinif şagirdləri iştirak ediblər.
Kitabxananın əməkdaşları Nigar Təqiyeva və Aygün İmaməliyeva mövzu ətrafında şagirdlərə məlumatlar verib.
Yekunda şagirdlərə kitab hədiyyə olunub.