Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Dövlət suverenliyi tarixi zəfərimizin hüquqi siyasi qiymətidir

13.02.2025

Masallı Tarix-Diyarşünaslıq Muzeyi təşkilatçılığı ilə 2025-ci ilin “Suverenlik və Konstitusiya ili” elan edilməsi ilə əlaqədar “Dövlət suverenliyi tarixi zəfərimizin hüquqi siyasi qiymətidir” mövzusu altında tarix dərsi keçirilib.

Elşad Ağayev adına Hişkədərə kənd tam orta məktəbində keçirilən maarifləndirici tarix dərsində məktəbin IX və XI ci sinif şagirdləri iştirak edib.

İlk öncə vətənin azadlığı və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş qəhrəman şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra muzeyin direktoru Əntiqə Tağıyeva çıxış edərək qeyd edib ki, Konstitusiya və Suverenlik dövlətin müstəqilliyini özündə əks etdirən əsas meyarlar olaraq bu gün müasir müstəqil, qalib Azərbaycanın uğurlarından, regionda və dünyada söz sahibliyindən, sözünün imzası qədər əhəmiyyətli olmasından bəhs etməyinə bir güzgü salır. Reallıq budur ki, Azərbaycan müstəqilliyinin bərpasının ilk illərində ölkədə hakimiyyətsizliyin mövcudluğu ucbatından böyük çətinliklərlə, faciələrlə üz-üzə qaldı. Bu günümüzü müstəqilliyimizin bərpasının ilk illəri ilə müqayisə etdikdə Azərbaycanın uğurlarına görə kimə borclu olduğumuzu daha aydın şəkildə görür, bunu indiki və gələcək nəsillərə çatdırmağı qarşımıza əsas vəzifə kimi qoyuruq.

Daha sonra muzeyin əməkdaşı Həmid Cəbiyev mövzu ilə bağlı ətraflı mühazirə edib.

Yekunda şagirdlərlə sual cavab edilərək onlara müvafiq tövsiyələr verilib.