12.02.2025
Masallı rayon Çaxırlı kənd kitabxana filialında 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi ilə bağlı tədbir keçirilib.
Tədbirdə Çaxırlı kənd tam orta məktəbinin şagirdləri iştirak ediblər.
İlk öncə torpaqlarımızın suverenliyi uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Sonra kitabxananın əməkdaşı Günay Qədirova mövzu ilə bağlı geniş məruzə edərək bildirib ki, Prezident İlham Əliyevin Sərəncamı ilə 2025-ci il “Konstitusiya və Suverenlik İli” elan edilib. Bu Sərəncam milli istiqlal uğrunda tarixi mübarizəmizin məntiqi nəticəsidir. Vurğulanıb ki, bu il 1995-ci il noyabrın 12-də qəbul olunmuş ilk Konstitusiyasının 30 ili və Vətən müharibəsindəki tarixi Qələbənin 5 ili tamam olur.
Tədbirin sonunda məktəblilərin sualları cavablandırılıb.