14.02.2025
Lerik rayon Mərkəzi Kitabxanasının Oxuculara xidmət və Uşaq şöbəsinin təşkilatçılığı ilə "14 fevral- Beynəlxalq Kitab Bağışlama Günü" ilə əlaqədar görüşlər keçirib.
Kitabxananın əməkdaşları Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyin Lerik rayon filialının sədri Veysəl Məlikovla, Yap Lerik rayon təşkilatının sədr müavini Elnur Məmmədovla, Şəhid Amid Heydərov adına 2-saylı Uşaq bağçasının uşaqları ilə görüşərək onlara kitablar hədiyyə ediblər.