Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

14 fevral Beynəlxalq Kitab Bağışlama Günüdür

14.02.2025

Masallı rayon Mərkəzi Kitabxanasında Beynəlxalq Kitab Bağışlama Günü ilə əlaqədar tədbir keçirilib.

Tədbirdə ilk çıxış edən kitabxananın əməkdaşı Gülər Piriyeva 14 fevral- Beynəlxalq kitab bağışlama gününün əhəmiyyəti haqqında danışaraq, 2012-ci ildən qeyd edilən bu bayramın ABŞ-da məşhur “Delightful Children’s Books” uşaq kitabı saytının yaradıcısı Emmi Brodmoorun adı ilə bağlı olduğunu diqqətə çatdırıb.

Sonra çıxış edən kitabxananın digər əməkdaşı Aidə Quliyeva məruzəsində bu bayramın əsas məqsədinin adından da göründüyü kimi kitab bağışlayaraq, gənc nəsillərin mütaliəyə olan həvəsini daha da artırmaq olduğundan söz açıb. Qeyd olunub ki, bu əlamətdar gündə uşaqlarda kitaba məhəbbət yaranır, böyüklərdə isə bağışlamaq, hədiyyə etmək sevinci formalaşır. Bu münasibətlə dünyanın bir çox ölkəsində kitab bağışlama aksiyaları, tədbirlər və sərgilər təşkil edilir.

Tədbir çərçivəsində Masallı rayon Mərkəzi Kitabxanasının əməkdaşları, əməkdaşlıq etdikləri mədəniyyət müəssisələrinə və rayon sakinlərinə kitab bağışlamaq məqsədilə təşəbbüs göstəriblər. Bu təşəbbüs çərçivəsində, həmkarlara və bir neçə rayon sakinlərinə faydalı kitablar təqdim edilərək, oxuma mədəniyyətinin təşviqi və biliklərin yayılması üçün yeni bir addım atılıb.