Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ekskursiya

14.02.2025

 Astara Tarix-Diyarşünaslıq Muzeyində “Mədəni İrs nədir?” mövzusunda ekskursiya təşkil olunub.

Ekskusiyada Aqşin Hüseynov adına Suparibağ kənd tam orta məktəbinin müəllim və şagirdləri iştirak ediblər.

Muzeyin ekskursiyaçısi Elnarə Əhmədova şagirdlərə Mədəni irsimizdən məlumat verərək qeyd edib ki, hər bir xalqın mədəni irsi onun mədəni sərvətidir. Mədəni irs dedikdə, mədəniyyət, dəyərlər və adət-ənənələrdən danışılır. Milli mədəni irsə muzey, incəsənət, kitabxana, əlyazma, arxiv, folkolor, arxeologiya, etnoqrafiya, memarlıq, dekorativ-tətbiqi sənət nümunələri və tarix-mədəniyyət qoruqları aiddir.Tariximizi və kimliyimizi, keçmişlə, bugünümüzlə və gələcəklə olan əlaqəmizi təmsil edir. Mədəni irs dedikdə insanların çəkdiyi əsərlər, tarixi abidələr və bəzən də arxeoloji binalar ağla gəlir. Ancaq mədəni irs anlayışı bundan daha genişdir.

Sonda şagirdlərlə mövzu ətrafında fikir mübadiləsi aparılıb.