14.02.2025
Masallı rayon Mərkəzi Kitabxanasının Uşaq şöbəsinin təşkilatçılığı ilə “Şəkərbala” uşaq bağçasında kiçik yaşlı oxucular üçün nağıl saatı keçirilib.
Uşaq şöbəsinin əməkdaşı Yeksarə İbadovanın təqdimatında oxunan “Tülkü və çəpiş” adlı nağılı uşaqlar böyük maraqla dinləyiblər.
Nağıl saatında uşaqlar həm əylənib, həm də yeni məlumatlar əldə ediblər.
Qeyd edək ki, nağıl saatlarının keçirilməsində əsas məqsəd uşaqlara kitab sevgisini aşılamaq, onların təxəyyülünü inkişaf etdirmək və oxumağa maraq yaratmaqdır.