Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Rayonumuzun unudulmaz ziyalısı

14.02.2025

 Yardımlı rayon Mərkəzi Kitabxanasında Yardımlı Peşə məktəbinin şagirdləri və digər oxucularla birlikdə Böyük Vətən müharibəsi iştirakçısı və əmək veteranı Mirəziz Rəfiyevin döğum günü ilə əlaqədar “Rayonumuzun unudulmaz ziyalısı” mövzusunda dəyirmi masa keçirilib.

Öncə torpaqlarımız uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Yardımlı Tarix –Diyarşünaslıq müzeyin əməkdaşı və uzun illər Mirəziz Rəfiyevlə bir yerdə işləyən Əlisafa Əhmədov tanımış ziyalı Mirəziz Rəfiyevin döyüş yolu və əmək fəaliyyəti haqqında məlumat verərək qeyd edib ki, Yardımlıda ilk ali təhsilli dörd nəfərdən biri, müharibə və dövlət qulluğu veteranı, uzun illər rayonda yüksək vəzifə postlarında təmiz vicdan və ləyaqətlə işləyib el ağsaqqalı rütbəsini fəth edən Mirəziz Ziyad oğlu Rəfiyevin adı rayonun son yüzillik tarixinə qızıl hərflərlə yazılmışdır. Mirəziz Rəfiyevin Yardımlıya ən böyük xidməti 1981-ci ilin noyabr ayında açılışı olan Yardımlı tarix-diyarşünaslıq muzeyinin yaradılması olmuşdur. Muzeyin ərsəyə gəlməsinə onun əvəzsiz xidməti olmuşdur.

Mirəziz müəlim əmək fəaliyyəti ilə yanaşı bədii yaradıcılıqla məşğul olmuş, onun “İşığa sarı”, “Payızdan sonra”, “Ömür karvanı”, “Hələ arzularım ürəyimdədir”, “Ağaclar yenə çiçəkləyir” və s. kitabları çap edilib.

Sonra Mirəziz Rəfiyevin nəvəsi Eldəniz Heydərov babası haqqında xatirələrini bölüşüb.

Peşə məktəbin müəllimi Vəli İbişli qeyd edib ki, bu gün aramızda olmayan Mirəziz Rəfiyev və digər ziyalılarımızın fəaliyyəti bu gün və gələcək nəsillərin vətənpərvərlik ruhunda tərbiyə olunmasında mühüm rol oynayır.