14.02.2025
Lənkəran şəhər Heydər Əliyev Mərkəzinin və Lənkəran Secret Kitab Evinin birgə təşkilatçılığı, Lənkəran İpək Yolu Şirniyyat Evinin dəstəyi ilə mərkəzdə 14 Fevral-Beynəlxalq Kitab Bağışlama Günü münasibətilə Lənkəran 2 nömrəli Ailə tipli kiçik qrup evinin uşaqları üçün tədbir keçirilib.
Tədbir iştirakçıları əvvəlcə mərkəzin elektron kitabxanasında yerləşən kitablarla tanış olublar.
Daha sonra mərkəzin konfrans zalında uşaqlara Secret Kitab Evi tərəfindən
yaşlarına uyğun maraqlı kitablar və xüsusi hədiyyələr təqdim edilib.
Tədbir uşaqlar üçün həm əyləncəli, həm də maarifləndirici məqamlarla yadda qalıb.