17.02.2025
Yardımlı rayon Heydər Əliyev Mərkəzində Xocalı faciəsinin 33-cü il dönümü ilə əlaqədar "Unudulmayan Xocalı" adlı sərgi təşkil olunub.
Sərgidə faciəni əks etdirən fotolar, Xocalıda yüksək döyüş şücaəti göstərmiş Azərbaycanın Milli Qəhrəmanlarının rəsmləri, mövzuya uyğun kitablar yer alıb.
Sərgi fevral ayının sonuna kimi davam edəcək.