Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Qisası alınan doğma yurdum

17.02.2025

Yardımlı rayon Heydər Əliyev Mərkəzinin və Yardımlı Peşə Məktəbinin birgə təşkilatçılığı ilə mərkəzdə Xocalı faciəsinin il dönümü ilə əlaqədar "Qisası alınan doğma yurdum" adlı tədbir keçirilib.

Tədbirdə təşkilatçı qurumların kollektivi və tələbələr iştirak edib.

Əvvəlcə faciə qurbanlarının və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canını fəda edən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Sonra çıxış edənlər: mərkəzin baş fond mühafizi Zeynəb Məmişzadə, Peşə məktəbinin direktoru Ruslan Ataşlı xalqımıza qarşı törədilən amansız qətliam haqqında geniş məlumat veriblər. Çıxışçılar insan təfəkkürünə sığmayan dəhşətli faktlardan söz açaraq qeyd ediblər ki, bu gün biz qalib xalq olaraq çox böyük qürur hissi keçiririk, biz bu gün rahat bir şəkildə illərlə yağı tapdağında olan doğma yurdumuza rahatca ayaq basa bilirik və Azərbaycan gənci daima bu faktları bilməli, həmçinin bütün dünyaya təbliğatını aparmalıdır.

Daha sonra faciədən bəhs edən "Xocalı haqqı" filmi nümayiş olunub.

Yekunda tədbir iştirakçıları "Unudulmayan Xocalı" adlı sərgi, o cümlədən mərkəzdə mövcud olan digər sərgi və eksponatlarla tanış olublar.