Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Rəssamlığımızın Mirzə Qədim İrəvani zirvəsi

17.02.2025

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Mirzə Qədim İrəvaninin 200 illiyinin qeyd edilməsi ilə əlaqədar Astara rayon Heydər Əliyev Mərkəzində tədbir keçirilib.

Tədbirdə M.Ə.Sabir adına şəhər 1 saylı, Z.Bünyadov adına şəhər 2 saylı tam orta və Marzəsə kənd ümumi orta məktəblərinin müəllim və şagirdləri iştirak edib.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Dövlət Himninin səsləndirilməsilə başlayan tədbirdə Mərkəzin direktoru Kübra Səmədova çıxış edərək qeyd edib ki, 2025-ci ildə Azərbaycanın görkəmli rəssamı, Azərbaycan dəzgah boyakarlığının banisi Mirzə Qədim Məhəmmədhüseyn oğlu İrəvaninin anadan olmasının 200 ili tamam olur. Mirzə Qədim İrəvani Azərbaycan rəngkarlığının təşəkkülündə əhəmiyyətli rol oynamış böyük sənətkarlardandır.

Sonra Astara rayon Heydər Əliyev Mərkəzinin baş fond mühafizi Elza Kazımova geniş məruzə ilə çıxış edib.

Daha sonra “Mirzə Qədim İrəvani yaradıçılığı” adlı qısa sənədli film nümayiş olunub.