18.02.2025
Fevralın 18-də Yardımlı rayon Heydər Əliyev Mərkəzində "Xocalı haqqı" sənədli filmi nümayiş olunub.
Filmi Yardımlı rayon A.Q.Fətullayev adına Anzov kənd tam orta məktəbinin yuxarı sinif şagirdləri izləyib.
Sonra mərkəzin əməkdaşları Zeynəb Məmişzadə və Zamin Xuduzadə Azərbaycan xalqının tarixində dəhşətli iz qoyan Xocalı faciəsi haqqında geniş məlumat veriblər.
Yekunda gənclər mərkəzdə mövcud olan sərgilər, eksponatlarla tanış olublar.