Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Əsrin faciəsi

18.02.2025

Astara rayon Heydər Əliyev Mərkəzində Xocalı soyqırımının 33-cü ildönümünə həsr olunmuş tarix dərsi keçirilib.

Tarix dərsində Astara rayon Şağlazüzə kənd tam orta məktəbinin müəllim və IX sinif şagirdləri iştirak edib.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Dövlət Himninin səsləndirilməsilə başlayan tarix dərsində Mərkəzin baş fond mühafizi Elza Kazımova çıxış edərək qeyd edib ki, Xocalının işğalından 33 il keçməsinə baxmayaraq erməni faşistlərindən və imperiya ordusunun 366-cı motoatıcı alayının əsgərlərinin Xocalının əliyalın sakinlərinə qarşı törətdikləri vəhşiliklər unudulmur. Əksinə, illər keçdikdə qaysaq bağlamayan yaralar göynəyir, xalqımıza qarşı soyqırımı törədənlərə nifrət artır. 44 gün davam edən müharibədə qalib gələn Azərbaycan Ordusu Ermənistan silahlı birləşmələrini darmadağın etməklə 33 il bundan əvvəl qətlə yetirilən 613 Xocalı sakininin qisasını aldı.

Daha sonra “Xocalı soyqırımı” adlı qısa sənədli film nümayiş olunub.

Yekunda tədbir iştirakçıları rəssamlıq dərnəyi üzvlərinin əl işlərindən ibarət sərgiyə baxış keçiriblər.