Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Dünyanın hər yerindən görünən Qarabağlı

18.02.2025

Astara rayon Heydər Əliyev Mərkəzində xalq artisti Polad Bülbüloğlunun 80 illiyinə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə Astara Dövlət Rəsm Qalereyasının əməkdaşları, C.Babayav adına şəhər 3 saylı, N.Gəncəvi adına Şiyəkəran kənd tam orta məktəblərinin müəllim və şagirdləri iştirak edib.

Tədbirdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Dövlət Himninin səsləndirilməsilə başlayan tədbirdə Mərkəzin direktoru Kübra Səmədova çıxış edərək qeyd edib ki, Milyonların sevgisini qazanmış böyük sənətkarımız Polad Bülbüloğlunun 80 yaşı tamam oldu. Onun pərəstişkarlar ordusu son dərəcə geniş və müxtəlif, çoxmillətli və çoxtəbəqəlidir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2025-ci il 3 fevral tarixli Sərəncamı ilə 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.

Sonra Astara rayon Heydər Əliyev Mərkəzinin baş fond mühafizi Elza Kazımova geniş məruzə ilə çıxış edib.

Tədbirdə “Ömrüm bir nəğmədir!” adlı qısa sənədli film nümayiş olunub.