18.02.2025
Qəni Vəliyev adına Lənkəran şəhər Mədəniyyət Mərkəzində Lənkəran-Astara Regional Mədəniyyət İdarəsinin rəis müavini Dadaş Muxtarlının sədrliyi ilə müşavirə keçirilib.
Yığıncaqda idarə aparatının əməkdaşları, mərkəzi müəssisələrin rəhbərləri iştirak edib.
Müşavirədə gündəlikdə duran məsələlər müzakirə edilib, rəis müavini Dadaş Muxtarlı tərəfindən qarşıda duran vəzifələrlə bağlı aparatın əməkdaşlarına və müəssisə rəhbərlərinə konkret tapşırıqlar verilib.