18.02.2025
Lənkəran şəhər Mərkəzi Kitabxanasında şair-qəzəlxan Əliağa Vahidin 130 illiyinə həsr olunmuş tədbir keçirilib.
Çıxışlarda Ə.Vahidin yaradıcılığından söz açılıb. Qeyd olunub ki, M.Füzuli, S.Ə.Şirvani və Ə.Vahid Azərbaycanın ədəbiyyat tarixində dərin iz buraxan şairlərdir. Ə.Vahidin qəzəlləri xanəndələr vasitəsilə xalqa ötürülüb və sevilib.