Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Cəlilabadda Konstitusiya və Suverenlik ili ilə əlaqədar tədbir keçirilib

18.02.2025

Cəlilabad rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sərəncamına əsasən 2025-ci ilin “Konstitusiya və Suverenlik ili” elan edilməsi ilə əlaqədar tədbir keçirilib.

Əvvəlcə şagirdlərə mərkəzin ekspozisiya zalında Ümummilli lider Heydər Əliyevin zəngin həyat yolu və çoxşaxəli siyasi irsini, ölkəmizin tərəqqisi uğrunda göstərdiyi çox saylı xidmətləri özündə əks etdirən eksponatlar, fotoşəkillər haqqında ətraflı məlumat verilib.

Tədbirə başlamazdan öncə Ulu öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbirdə çıxış edənlər qeyd ediblər ki, Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan, İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində tarixi Qələbənin qazanılması və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması Konstitusiyamızın ölkəmizin bütün ərazisində tətbiqinə imkan yaradıb.

Yekunda şagirdlərə mərkəzin əməkdaşı tərəfindən “Hüquqi qüvvəsi təmin olunan Azərbaycan Konstitusiyası!” mövzusunda mühazirə oxunub.