Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Səyyar sərgi

19.02.2025

Yardımlı rayon V.H.Məmmədov adına şəhər 2 saylı orta məktəbində Yardımlı rayon Heydər Əliyev Mərkəzinin təşəbbüsü və məktəbin dəstəyi ilə Xocalı Faciəsinin 33-cü il dönümü ilə əlaqədar səyyar sərgi təşkil olunub.

Sərgidə Xocalı faciəsindən bəhs edən stendlər və mövzuya uyğun olan kitablar yer alıb.

Sərgi zamanı qan yaddaşımıza çevrilən Xocalı soyqırımı haqqında şagirdlərə geniş məlumat verilib.