Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Yardımlıda ”Vətənimin Xocalı yarasını unutmadıq” adlı tədbir keçirilib

19.02.2025

Yardımlı rayon V.H.Məmmədov adına şəhər 2 saylı orta məktəbində Yardımlı rayon Heydər Əliyev Mərkəzinin və məktəbin birgə təşkilatçılığı ilə "Vətənimin Xocalı yarasını unutmadıq" adlı tədbir keçirilib

Tədbirdə mərkəzin kollektivi və şagirdlər iştirak edib.

Mərkəzin baş fond mühafizi Zeynəb Məmişzadə xalqımızın tarixinə qanla yazılan dəhşətli soyqırım barədə geniş məlumat verib. Z.Məmişzadə həmçinin Vətən müharibəsinin gedişatı, lokal xarakterli antiterror tədbirləri ilə Xocalıda Azərbaycan bayrağının dalğalanması, illər sonra doğma yurd-yuvalarından didərgin düşən soydaşlarımızın bu gün həmin ərazilərə qayıtmalarından söz açıb.

Yekunda Xocalı faciəsinin dəhşətini yaşamış, erməni əsirliyində 8 gün qalan Dürdanə Ağayevanın müsahibəsindən ibarət olan videoçarx nümayiş olunub.