19.02.2025
Masallı Tarix-Diyarşünaslıq Muzeyinin təşkilatçılığı ilə Xocalı soyqırımının 33-cü il dönümü ilə əlaqədar olaraq tarix dərsi keçirilib.
Sığdaş kənd tam orta məktəbində keçirilən “Xocalı qisası” adlı tarix dərsində məktəbin şagird və müəllim kollektivi iştirak edib.
İlk öncə Vətənin azadlığı və suverenliyi uğrunda canından keçən bütün şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Muzeyin kiçik elmi işçisi Nazənin Heydərzadə mövzu ilə bağlı ətraflı mühazirə edərək şagirdlərə 1992-ci il fevralın 25-dan 26-na keçən gecə Xocalıda törədilən faciədə Azərbaycan xalqının başına gətirilən müsibətlərdən, bu kütləvi qırğında yüzlərlə insanın vəhçicəsinə qətlə yetirilməsindən, yandırılmasından və girov götürülməsindən danışıb.
Daha sonra məktəblilər soyqırımı özündə əks etdirən foto və qəzet materiallarından ibarət sərgi ilə tanış olublar.