Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Vətən torpağı şəhidləri ilə uçalır

19.02.2025

Astara rayon Heydər Əliyev Mərkəzində I Qarabağ müharibəsi şəhidi Abiyev Məhərrəm Bürcəli oğlunun əziz xatirəsinə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə Astara rayon Z.Əhmədzadə adına Pensər kənd tam orta məktəbinin müəllim və şagirdləri iştirak edib.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Dövlət Himninin səsləndirilməsilə başlayan tədbirdə Mərkəzin direktoru Kübra Səmədova çıxış edərək qeyd edib ki, Abiyev Məhərəm Bürcəli oğlu 5 fevral 1973-cü ildə Astara rayonunun dilbər güşələrindən biri olan Vaqo kəndində anadan olub. 1991-ci ilin noyabrında ordu sıralarına çağrılıb. Altı aya qədər təlim məşqlərdə olub. Sonra isə döyüş bölgələrinə göndərilib. Ağdərədə, Beyləqanda, Ağdamda, Füzulidə, neçə-neçə yaşayış məntəqəsinin müdafiəsində və düşməndən təmizlənməsindən igidliklə döyüşüb. 12 dekabr 1993-cü ildə Məhərrəm gözlərini əbədi olaraq yumdu.

Sonra Astara rayon Heydər Əliyev Mərkəzinin baş fond mühafizi Elza Kazımova geniş məruzə ilə çıxış edib.

Daha sonra “Abiyev Məhərrəmin döyüş yolu” adlı qısa sənədli film nümayiş olunub.

Yekunda tədbir iştirakçıları rəssamlıq dərnəyi üzvlərinin əl işlərindən ibarət sərgiyə baxış keçiriblər.