20.02.2025
Cəlilabad rayon Mollalı kənd kitabxana filialının təşkilatçılığı ilə Kürdlər kənd tam orta məktəbində 21 Fevral Beynəlxalq Ana Dili günü ilə əlaqədar "Ana dilim milli qeyrət simvoludur" adlı tədbir keçirilib.
Tədbirdə məktəbin II sinif şagirdləri iştirak edib.
Mollalı kənd kitabxana fillialının kitabxanaçısı Əsmər Əliyeva tədbirdə çıxış edərək bildirib ki, dil millətin ən əsas milli dəyəri, onun milliliyini təmin edən vacib atributdur. Bizim milli birlik və həmrəyliyimizi təmin edən ana dilimizi qorumaq, inkişaf etdirmək və yaşatmaq hər bir azərbaycanlının vətəndaşlıq borcudur.
Yekunda şagirdlərin ifasında Ana dilinə aid şeirlər səsləndirilib.