20.02.2025
Yardımlı rayon Mərkəzi Kitabxanasında Yardımlı Peşə məktəbinin müəllim, şagird kollektivi və digər oxucularla birlikdə Xocalı faciəsinin 33- cü ildönümü ilə əlaqədar “Bəşəri cinayət” mövzusunda tədbir keçirilib.
Öncə Xocalı faciəsi qurbanlarının və torpaqlarımız uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra kitabxananın direktor əvəzi Mehman Xanızadə tədbirin mahiyyəti haqqında məlumat verib.
Çıxışlarda qeyd edilib ki, Xocalı soyqırımı Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olub. Xocalı faciəsi Xatın, Lidisa, Oradur soyqırımı kimi insanlıq tarixinə düşmüş qanlı bir hadisədir. Azərbaycan xalqı 200 il ərzində erməni millətçi-şovinistlərinin davamlı olaraq etnik təmizləmə, soyqırımı siyasətinə məruz qalıb. Azərbaycanlılar tarixi torpaqlarından qovulub, qaçqına, məcburi köçkünə çevrilib. Ermənilərin məqsədi ümumiyyətlə Xocalını yer üzündən birdəfəlik silmək idi. Çünki Xocalı elə bir yaşayış məskəni idi ki, o, Azərbaycan tarixinin qədim dövrlərindən müasir dövrə qədər tarix və mədəniyyət ənənələrini özündə əks etdirirdi.
Yekunda “Xocalı şahidilərin dili ilə” adlı sənədli filmi nümayiş olunub.