20.02.2025
Astara Tarix-Diyarşünaslıq Muzeyində Xocalı soyqırımının 33-cü ildönümü ilə əlaqədar “Bəşəriyyətə qarşı yönəlmiş tarixi cinayət” adlı tədbir keçirilib.
Tədbirdə Ərçivan qəsəbə 4 saylı tam orta məktəbin müəllim və şagirdləri iştirak ediblər.
İlk öncə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbiri giriş sözü ilə muzeyin Böyük elmi-işçisi Vüsalə Xocaxanova açaraq qeyd edib ki, Ümummilli lider Heydər Əliyevin sözləri ilə desək “Bütövlükdə Azərbaycan xalqına qarşı yönəldilmiş Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində bir vəhşilik aktıdır.
Sonra mövzu ilə bağlı muzeyin kiçik-elmi işçisi Çiçək Axundova məruzə edib və məruzə ətrafında şagirdlərlə fikir mübadiləsi aparılıb.
Yekunda şagirdlər muzeyə ekskursiya ediblər.